Ona bu ad Qafqazın ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsində keçirilən sorğunun nəticələrinə uyğun olaraq verilib. Sosial tələbə sorğusu 2 istiqamət üzrə aparılıb. Tələbələr “Tədris ilinin ən yaxşı rektoru” və “Ən yaxşı ali təhsil müəssisələri”ni müəyyən ediblər. Səsvermənin nəticələrinə uyğun olaraq 41 faiz göstərici ilə İbrahim Cəfərov “Tədris ilinin ən yaxşı rektoru” seçilib. ADAU isə “ən yaxşı ali təhsil müəssisələri” arasında 5-ci yerdə qərarlaşıb. Qeyd edək ki, 85.000 izləyicisi olan səhifə 2013-cü ildən bu cür sorğular keçirir. İbrahim Cəfərov artıq ikinci dəfədir ki, tələbələr tərəfindən “Tədris ilinin ən yaxşı rektoru” kimi qiymətləndirilir.
Zöhrab Süleyman- “Azərbaycan Universitetləri” səhifəsinin admini: “Sorğumuzun əsas mahiyyəti il ərzində tələbələrə daha çox, daya yaxşı xidmət edən, tələbələrin rəğbətini qazanan rektorları müəyyən etməkdir. Ən əsas məqsədimiz isə tələbələrin seçdiyi rektorları bütün ictimaiyyətə tanıtdırmaq və rektorlar arasında rəqabət yaratmaqdır”.
Gülnar Fazilqızı
- Baxış: 902