İlk oyun günü A, B və H qruplarında növbəti görüşlər keçirilib. A qrupunun mərkəzi qarşılaşmasında İsveç və Fransa milliləri skandinavların meydanında üz-üzə gəliblər. Oyunda hesabı qonaqlar açıb. 37-ci dəqiqədə Olivye Jirunun zərbəsi qarşısında rəqib qapıçı aciz qalıb. Amma fransızlar bu hesabı sonadək qoruya bilməyiblər. 43-cü dəqiqədə meydan sahiblərini heyətində türk əsilli oyunçu Cimmi durmaz tablodakı rəqəmləri eyniləşdirib. Bu həm də ilk yarının nəticəsi olub. İsveçlilər əsas vaxta artırılan dəqiqələrdə qələbə topunu da vurmağa müvəffəq olublar. Qapıçı topu ötürərkən yumşaq mərmi Ola Tayvonenin qarşısına düşüb. Meydanın mərkəzindən boş qalan qapını dəqiq nişan alan oyunçu sarı-göylərə 3 xal qazandırıb.
Bu qrupun Niderland – Luksemburq görüşündə isə gözlənildiyi kimi narıncılar böyük hesabla qalib gəliblər. 21-ci dəqiqədə Aryen Robben və 34-cü dəqiqədə Uesli Sneyderin qollarıyla meydan sahibləri fasiləyə 2:0 öndə yollanıb. İkinci hissədə luksemburqlular qapılarından daha 3 top çıxarmalı olublar. 62-ci dəqiqədə Georginyo Veynaldum fərqi 3 topa yüksəldib. Qola doymayan niderlanlılardan 70-ci dəqiqədə Kvinsi Promes də diqqətləri üzərinə çəkə bilib. Cərimə meydançasında nəzarətsiz qalan oyunçu sağ cinah asması zamanı topu başıyla çərçivədən keçirib. Qarşılaşmada sonuncu qola isə Yansen imza atıb. Penaltidən fərqlənən hücumçu komandasının 5:0-lıq qələbəsində pay sahibi olub.
B qrupunda yer alan son Avropa çempionu Portuqaliya isə Latviya səfərindən 3 xalla dönüb. Görüşün aşkar favoriti olan prineylilər 41 və 63-cü dəqiqələrdə Kriştianu Ronaldonun qollarıyla 2:0 irəli çıxıb. 67-ci dəqiqədə baltikyanı ölkə təmsilçisi 3-cü dəfə mərkəzə dəvət olunub. Bu dəfə Andre Silva müdafiədəki boşluğu lazımınca dəyərləndirərək yekun hesabı müəyyənləşdirib. 3:0 Portuqaliyanın qələbəsi
H qrupunun lideri Belçika bu tur Estoniyanın qonağı olub. Oyunda sükutu şeytanlar pozub. 31-ci dəqiqədə Mertens fərqlənərək adından söz etdirib. İlk yarının başa çatmasına 1 dəqiqə qalmış estonlar azlıqda qalıb. Artyom Dmitriyev kobud oyuna görə meydandan qovulub. Fasilədən sonra Belçika daha bir dəfə ev sahiblərini üzüb. 86-cı dəqiqədə Naser Şadli fərqlənərək komandasının 2:0-lıq qələbəsini rəsmiləşdirib.
Bu qrupun Bosniya və Hersoqovina – Yunanıstan qarşıdurmasında isə qalib müəyyənləşməyib. Oyun başladığı kimi yəni 0:0 hesabıyla başa çatıb.
DÇ-2018-in seçmə mərhələsi
VI tur
9 iyun
A qrupu
Belarus – Bolqarıstan - 2:1
Qollar: Sivakov, 33, Savitski, 80 - Dyakov, 90+1
Hollandiya – Lüksemburq - 5:0
Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)
İsveç – Fransa - 2:1
Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 - Jiru, 37
1. |
İsveç |
6 |
4 |
1 |
1 |
12:4 |
13 |
2. |
Fransa |
6 |
4 |
1 |
1 |
11:5 |
13 |
3. |
Hollandiya |
6 |
3 |
1 |
2 |
13:6 |
10 |
4. |
Bolqarıstan |
6 |
3 |
0 |
3 |
9:12 |
9 |
5. |
Belarus |
6 |
1 |
2 |
3 |
4:11 |
5 |
6. |
Lüksemburq |
6 |
0 |
1 |
5 |
6:17 |
1 |
B qrupu
Andorra – Macarıstan - 1:0
Qol: Rebes, 26
Farer Adaları – İsveçrə - 0:2
Qollar: Caka, 36, Şakiri, 59
Latviya – Portuqaliya - 0:3
Qol: Ronaldo, 41, 63, Silva, 67
1. |
İsveçrə |
6 |
6 |
0 |
0 |
12:3 |
18 |
2. |
Portuqaliya |
6 |
5 |
0 |
1 |
22:3 |
15 |
3. |
Macarıstan |
6 |
2 |
1 |
3 |
8:7 |
7 |
4. |
Farer Adaları |
6 |
1 |
2 |
3 |
2:10 |
5 |
5. |
Andorra |
6 |
1 |
1 |
4 |
2:13 |
4 |
6. |
Latviya |
6 |
1 |
0 |
5 |
2:12 |
3 |
H qrupu
Bosniya və Herseqovina – Yunanıstan - 0:0
Cəbəllütariq – Kipr - 1:2
Qollar: Hernandez, 30 - Çipolina, 10 (öz qapısına), Sotiriu, 81
Estoniya – Belçika - 0:2
Qol: Mertens, 31, Şadli, 86
1. |
Belçika |
6 |
5 |
1 |
0 |
24:2 |
16 |
2. |
Yunanıstan |
6 |
3 |
3 |
0 |
10:3 |
12 |
3. |
Bosniya və Hersoqovina |
6 |
3 |
2 |
1 |
13:5 |
11 |
4. |
Kipr |
6 |
2 |
1 |
3 |
5:9 |
7 |
5. |
Estoniya |
6 |
1 |
1 |
4 |
5:17 |
4 |
6. |
Cəbəllütariq |
6 |
0 |
0 |
6 |
3:24 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 340