Bu günə xəbərlərin oxunma sayı: 972
— 09.06.2017 13:19

Daşkəsəndə iri və xırda buynuzlu heyvanlara peyvəndlər vurulur

KepezTV Player

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tədbirlər planına əsasən Daşkəsən rayonunda yerli baytar həkimləri növbəti profilaktik tədbirlərə start veriblər. Baytarlar iri buynuzlu heyvanlara nodulyar dermatit, 3-6 aylıq quzulara isə göz- damcı üsulu ilə vaksinlər vurur. Həmçinin xırda davarlar çiçək xəstəliyinə qarşı peyvənd edilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilən peyvəndlərin baytar sahə məntəqələrində mövcud olan soyuducularda saxlanılması və fermer təsərrüfatlarında istifadəsi nəzarət altında aparılır. Daşkəsəndə ümumilikdə 27 min baş iri, 103 min baş xırda davar bəslənilir. Heyvanları yolxucu xəstəliklərdən qorumaq, müayinə və müalicələrin vaxtında aparılmasını təşkil etmək üçün rayonda 9 baytar sahə məntəqəsi fəaliyyət göstərir.

Füzuli Nağıyev- Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Vətəndaşların nəzərinə çatdırılır ki, üzərində satıla bilməz sözləri yazılan dərmanların satışı ilə bağlı məlumatı olanlar Daşkəsən rayon Baytarlıq İdarəsinə və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 012 562-76-13 nömrəli qaynar xəttinə məlumat versinlər. Hal-hazırda rayonda epizootik durum stabildir. Heyvanlar arasında heç bir infeksion xəstəlik müşahidə olunmur”.

Natiq Hüseyn