• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 05.06.2017 15:58

Qərb bölgəsində meşələri yanğından mühafizə məqsədiylə xüsusi tədbirlər həyata keçirilir

KepezTV Player

Meşələrin mühafizəsi və bərpası istiqamətində bu il Hacıkənd meşəliyində 400 hektar meşə massivi yenidən bərpa olunacaq. Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən ilin 1-ci rübü ərzində relyefə uyğun 40 hektara yaxın tut və qoz ağaclarından ibarət aqromeşə massivi salınıb. 11 min 400 hektar ərazini əhatə edən Hacıkənd və Göygöl meşəliyi respublikanın ən qiymətli meşələrindən hesab olunur. Buna baxmayaraq, hər il ərazidə qanunsuz olaraq meşələrə müdaxilə halları aşkar olunur. Ötən il 23 qanun pozucusu inzibati məsuliyyətə cəlb edilib. Cari ildə isə 3 fakt aşkar edilib.  Kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə 200 hektardan artıq ərazi çəpərə alınıb. Meşələr üçün əsas təhlükə mənbəyi hesab olunan yanğınlara qarşı da xüsusi tədbirlər həyata keçirilir.

Sahib Həsənov- Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyi: “Bizim ərazilərdə müəyyən yerlərdə harada ki, insan axını güclüdür, həmin ərazilərdə biz meşələri oddan qoruyan afişaları vurmuşuq. Xüsusi yerlərdə, manqallarda, ətrafda ot olmayan yerlərdə, çürüntü olmayan yerlərdə və xüsusi göstərilən yerlərdə ocaq yandırmaq olar”.
 

Nadir Hüseynov- meşə gözətçisi: “Bu bizim dövlətimizdir, bizim sərvətimizdir. Bunu qorumaq lazımdır. Müəyyən adamlar var harda ocaq yandırmalı olduqlarını bilmədən ocaq yandırırlar. Biz də onları başa salırıq ki, bunun üçün xüsusi yerlər var. Və başa salırıq ki, harda gəldi ocaq qalamaq olmaz”.

Elton Cabbarlı