Ford şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş gücləndirilmiş Focus RS heçbekinin xüsusi versiyasını göstərib. Limited Edition adını alan maşın güman ki, ABŞ və Kanadada satılan sonuncu model olacaq. Ford rəsmiləri bildiriblər ki, final versiyanın hazırlanması ilə gücləndirilmiş Focus həvəskarlarının istəkləri yerinə yetirilib. İlk növbədə Limited Edition ön oxa sürüşdürülmüş mexaniki differensial, ikinci növbədə isə Race Red adlı qırmızı rəngli kuzov əldə edib. Ford Focus RS Limited Edition-ın təklif etdiyi avadanlıqlar arasında Recaro idman oturacaqları, qızdırıcı və səslə idarə olunan naviqasiya sistemli sükan, eləcə də 19 düymlük yüngül lehimli disklər var. Focus RS-in güc sistemi dəyişməyib. Hot-heç yenə də 2,3 litrlik 350 at güclü EcoBoost mühərriki ilə işləyir. Sonuncu model yerindən 100-ü 4,7 saniyəyə yığır. Ford Focus RS Limited Edition-dan cəmi 1500 ədəd istehsal olunacaq. Satışlar payız aylarından başlayacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 344