• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1047
— 02.06.2017 12:58

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Polisin sayıqlığı nəticəsində Lənkəran sakininin istəyi baş tutmayıb. Ağ ölümün cənginə keçən daha bir nəfəri isə paytaxt polisi yaxalayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat nəticəsində Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Fərziyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs İran İslam Respublikasından ölkəmizə daxili orqanlarında gizlədərək 10 qram heroin və güclü psixotrop təsirə malik olan 5 ədəd metadon həbi keçirib. Elşən Fərziyevə narkotik vasitəni daxili orqanlarında 230 manat qarşılığında keçirməyi sifariş edən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Tural Ağazadə də saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Sahil qəsəbə sakini əvvəllər məhkum olunmuş Qabil Mövlanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynindəki şalvarın cibindən 25 qram tiryək aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı