• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 01.06.2017 13:19

Siqaret qutularından heroin çıxdı

KepezTV Player

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd siqaret qutusuna gömrük baxışı keçirilib. Baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı