• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 31.05.2017 12:10

Naxçıvanda keçirilən Heydər Əliyev Kuboku uğrunda futbol turnirinə yekun vurulub

Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə baş tutan yarışda 4 komanda – “Araz Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala” iştirak ediblər. Yarışın qalibi  və mükafatçıları sonuncu turda müəyyənləşib. Həlledici görüşdə "Araz Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edən MOİK 7 xalla kuboku başı üzərinə qaldırıb. Yarışın gümüş medallarını aktivində 5 xal olan "Mil-Muğan", bürünc mükafata isə 3 xala malik "Araz Naxçıvan" komandası yiyələnib.

 

Orxan Cəfərzadə