İyunun 5-dən 28-dək çimərlik futbolu üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışında olacaq. Yığmamız Su İdman Sarayının ərazisində hazırlıq keçəcək. Toplanışa 15 futbolçu dəvət olunub. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev,Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Rüfət Məmmədov, Comərd Baxşəliyev, Elgiz Kərəmli və Anar Məhərrəmovdur.
Orxan Cəfərzadə
- Baxış: 323