• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 30.05.2017 10:26

“Zeugma Mozaika Muzeyi”

KepezTV Player

“Zeugma Mozaika Muzeyi” 2011-cı ilin sentyabrında fəaliyyətə başlayıb. 1700 kvadrat metr əraziyə malikdir və dünyanın ikinci ən böyük mozaika muzeyidir.

Muzeyə daxil olmaq istəyən hər kəs əvvəl bilet əldə etməlidir. Biletin qiyməti isə 15 TL-dir. Bizim pulla təxminən 7 manat 50 qəpik.

Muzeyə daxil olan hər kəs, mütləq şəkildə yoxlamadan keçir. İçəridə isə ziyarətçiləri antik dövrə səyahət gözləyir... 2 min illik mozaika və heykəllər, rəsmli otaqlar, yan-yana düzülən sütunlar. Burada sərgilənən bütün eksponatlar qədim Zeugma şəhəri ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılıb. Tarixi mənbələr Zeugmanın 2300 il bundan əvvəl Makedoniyalı İsgəndər tərəfindən Fərat çayının sahilində salındığını deyir. İndi keçmişin şahidləri olan bu mozaikalar, bir zamanlar Zeugmadakı dəbdəbəli evlərin tavan, döşəmə və divarlarını bəzəyirlərmiş...

Muzeyə yerli və xarici turistlərin marağı böyükdür. Deyilənə görə istifadəyə verildiyi ilk gün buranı 3000 insan ziyarət edib.

Dünyaca məşhur “Qaraçı qız” mozaikası da məhz “Zeugma Mozaika Muzeyi”ndə sərgilənir, həm də xüsusi otaqda... Bu mozaika eyni zamanda Gaziantepin emblemi hesab edilir.

İşguzar Gülnar...