KepezTV Player
Mican kənd sakini 2015-ci il təvəllüdlü Nazlı Mehdiyeva evlərinin həyətində oynayarkən valideyn nəzarətindən kənar qalıb və su quyusuna düşərək boğulub. Valideynlər hadisədən gec xəbər tutublar. Azyaşlıya İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 412