• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2331
— 29.05.2017 12:48

Çimmək üçün getdikləri çaydan cəsədləri çıxarıldı

KepezTV Player

Masallıda iki yeniyetmə çayda boğulub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Viləşçayın Masallı rayonu ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Çayda çimərkən batan Cəlilabad rayon Göytəpə şəhər sakini 15 yaşlı Şəmsəddin Abbasov və həmyaşıdı Vüsal Abıyevin meyitləri sudan çıxarılıb. Cəsədlər aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

 

Zülfiyyə Telmanqızı