HP şirkəti premial noutbukunu yeniləyib. Spectre x2 planşet-transformerində qalınlığı və ekranın çərçivəsini ixtisar edib şüşə trekpad quraşdırılıblar. Bu da ona Microsoftdan olan Surface Pro ilə daha davamlı rəqabət aparmağa şərait yaradır. Alüminiumdan olan Spectre x2 165 dərəcə açıla bilir. Aparat 12,3 düymlük ekran, Gorilla Glass 4 şüşə qoruyucusu, HP Audio Boost ön dinamikləri, 13 meqapiksellik əsas kamera, 5 Mp qarşı kamera və biometrik Windows Hello təhlükəsizliyi üçün funksiyalar qazanıb. Əgər əvvəl Spectre x2 nisbətən zəif Intel Core M prosessoru ilə işləyirdisə, indi qurğuya əsl Core I prosessoru quraşdırılıb. Nəticədə transformerin gücü kifayət qədər artıb, batareyanın sərifyyatı isə azalıb. Noutbuka yeni Intel Core 6, Iris Plus qrafikası, 16 Qb operativ və 1 terabayt SSD-daşıyıcı quraşdırıla bilər. ABŞ-da Spectre x2 iyunda 999,9 dollara bazara çıxarılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 275