• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 25.05.2017 12:48

Ahıl qadını maşın vurdu

KepezTV Player

85 yaşlı qadını maşın vurub. Yol qəzası paytaxtda qeydə alınıb. Xəzər rayonu Binə qəsəbəsində yolu keçmək istəyən 1932-ci il təvəllüdlü İsmayılova Tamam Həmzə qızını avtomobil vurub. Hadisəni törədən sürücü xəsarət alan ahıl qadını xəstəxanaya çatdırıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmaya başlanılıb.

 

Zülfiyyə Telmanqızı