Bu məsələlərə Avropa Olimpiya Komitəsinin Makedoniyanın paytaxtı Skopyedə baş tutan seminarında aydınlıq gəlib.
İyunun 21-də start veriləcək yarış 30-da başa çatacaq. Açılış və bağlanış mərasimləri Minskin “Dinamo” stadionunda keçiriləcək. Bəzi növlər üzrə yarışların rəsmi açılışdan 1 gün əvvəl, iyunun 20-də başlamasının mümkünlüyünə icazə verilib.
II Avropa Oyunlarının proqramına 16 idman növü daxil edilib. Bunlardan 11-i Tokio Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xalları vermək baxımından əhəmiyyətli olacaq. Yalnız 5 növ – gimnastika, güləş, sambo, basketbolun 3X3 növü və çimərlik futbolu bu mənada fərqlənəcək. Son 3 növ Olimpiya proqramına daxil deyil.
Bakı-2015-lə müqayisədə aerobika, voleybol, su idman növləri (su polosu, üzgüçülük, sualtı üzgüçülük, sinxron üzgüçülük, suyatullanma), triatlon, qılıncoynatma, taekvondo və dağ velosipedi növləri üzrə yarışlar olmayacaq.
Oyunlara 4000 idmançı və 2000 rəsmi şəxsin qatılacağı gözlənilir.
Orxan Cəfərzadə
- Baxış: 322