• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 25.05.2017 12:24

İlk oyunda quru hesablı məğlubiyyət

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası dünya çempionatı 2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib. Fransanın Lion şəhərində təşkil olunan A qrupunun görüşündə rəqib Türkiyə yığması olub. Qarşılaşma "ay-ulduzlular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fərid Cəlalovun baş məşqçi olduğu komandamız rəqibə ilk 2 setdə ciddi müqavimət göstərsə də, üçüncü setdə təslim olub. 

 

A qrupu

24 may

 

Türkiyə - Azərbaycan - 3:0 (25:21, 25:21, 25:13)

Hakimlər: Helio Ormonde (Portuqaliya), Milan Raykoviç (Xorvatiya)

 

 

Orxan Cəfərzadə