• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 24.05.2017 12:59

Robot virtual sərnişin təyyarəsini uğurla endirdi

Amerikanın Aurora Flight Sciences şirkəti ALIAS robotlaşdırılmış sisteminin növbəti sınaqlarını keçirib. Bu sistem istənilən uçan aparatı pilotsuz idarə etməyə imkan verir. Testə əsasən robotu Boeing 737 təyyarəsinin salonuna bərkidiblər və o, virtual sərnişin təyyarəsini uğurla endirməyi bacarıb. Uçan sınaq aparatlarının sürətli konversiyası bir neçə tapşırığı yerinə yetirir. Bu cür bacarıq pilotun yoxluğunu hiss etdirmir. Test zamanı ssenari elə qurulub ki, hava gəmisinin komandiri onu idarə etmək gücündə olmayıb. ALIAS sistemi isə ikinci pilot rolunda çıxış edərək idarəetməni əlinə alıb, virtual təyyarəni problemsiz yerə endirib.

Cavanşir Məmmədzadə