• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 23.05.2017 12:20

Pul xırdalamaq adı ilə mağazalara girib soyğunçuluq edən şəxs tutuldu

KepezTV Player

Hərə həyatın mənasını bir şeydə görür. Məsələn, dahilər həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görüblər. Amma bunun tamamilə əksində də həyatı görənlər var. İşləməmək, asan qazanc əldə etmək və ümumiyyətlə düşünməmək. Artıq söhbətin nədən və kimlərdən getdiyini başa düşdünüz. Bəli, soyğunçuluq. Asan şəkildə pul əldə edib, elə asan şəkildə də dəmir barmaqlıqlar arxasına düşəcək daha birini tanıyacaqsız.

 

Abşeron rayonu Saray qəsəbəsində soyğunçuluq hadisəsi baş verib. Nizami Abdullayev polis idarəsinə ərizə ilə müraciət edərək, bildirib ki, gecə saatlarında naməlum şəxs onun marketinə daxil olaraq, 50 manatlıq əsginaz xırdalatmaq istəyib. Nizami Abdullayev isə bunun üçün pul çıxararkən, həmin şəxs onun əlindəki əsginazları alaraq, qaçıb. Polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkumluq həyatı yaşamış, 40 yaşlı Asif Axundzadə saxlanılıb

Abşeron rayon polis idarəsindən verilən məlumata görə, bu Asif Axundzadənin törətdiyi ilk cinayət faktı deyil. O, eyni əməli Masazır qəsəbəsindəki marketlərdən birində də edib. Adıçəkilən şəxsin soyğunçuluq əməllərinin sayının çoxluğu istisna edilmir. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
 

Zülfiyyə Telmanqızı