• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 23.05.2017 12:26

Yanğın hadisəsi baş verdi, 2 qardaş həyatını itirdi

KepezTV Player

FHN ötən gün Bakıda yaşayış binasında baş verən, iki nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatlarını açıqlayıb. Hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 11 ünvanında qeydə alınıb. Beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğın barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və mənzilin alov içərisində olduğu haqqında məlumat verib. Dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra alov məhdudlaşdırılıb, 15 dəqiqə sonra isə tam söndürülüb. 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yararsız hala düşüb. Mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Hadisə baş verən evdə isə iki qardaş - 52 yaşlı Aleksandr və 54 yaşlı Anatoli Çeykullayevin meyitləri aşkar olunub. Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsi ekspertiza nəticəsində müəyyən olunacaq. Qonşuların sözlərinə görə, əvvəlcə mənzildə partlayış baş verib, pəncərəsi sınıb, daha sonra yanğın baş verib. Ölən qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı