Prodrone adlı Yaponiya şirkəti PD-ANY modul platformasını nümayiş etdirib. Onun köməyilə hansısa obyekt pilotsuz aparata çevrilə və daşına bilər. PD-ANY platforması rotorlardan və idarəetmə elektronikadan ibarət ayrıca modullardan təşkil edilib. Hər bir modul fikizi olaraq yükün müəyyən hissəsinə bərkidilir və onun kvadrokopter və ya heksokopter kimi uçmasına imkan yaradır. Modullar hərəsi akkumlyator və elektron blokla təmin olunub. İstifadəçi isə özü modullardan birini əsas olaraq götürür və onunla digərlərini sinxronlaşdırır. Bir modulun çəkisi 1 kiloqrama bərabərdir, modullar komplekt şəkildə 15 kq-dək yük daşımaq gücündədir. Uçuşun maksimal sürəti 20 km/saatdır, avtonom rejimin uçuş müddəti isə 10 dəqiqə ilə məhdudlaşıb. Görüntülərdən də aydın olur ki, PD-ANY yaradıcıları stula rotorlar quraşdırırlar. Rotorlar dəstinin seriyalı istehsalı və təqribi qiyməti barədə heç nə deyilmir.
Cavanşir Məmmədzadə
- Baxış: 269