• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 22.05.2017 16:39

Xocalıda ermənilər tərəfindən törədilən soyqırımın tanınması haqda petisiyaya səstoplama kompaniyası davam edir

KepezTV Player

Rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə tərtib edilən bu petisiya cari ilin martında elektron formada başlayıb.

Petisiya Rusiyada Dağlıq Qarabağla bağlı erməni separatçılarına qarşı susqunluğu aradan qaldırmaq məqsədiylə hazırlanıb. Hadisəyə siyasi qiymət vermək, Xocalıda baş verənlərin soyqırım kimi tanınması sənəddə öz əksini tapıb. Rusiya Federasiyası Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanan petisiyaya bu günə kimi 20 min insan imza atıb. Burada Azərbaycandan gələn səslərin sayı 13 mini ötür. Sənədin Dövlət Duması tərəfindən müzakirəyə qəbul edilməsi üçün isə ən azı 100 min imza toplamaq lazımdır.

Oleq Kuznetsov- Rusiyalı tarixçi: “Düşünürəm ki, Azərbaycan universitetlərini gəzib tələbə və müəllimlərə müraciət etmək lazımdır. Belə ki, bu insanlar daha çox intellektlidir, onlar kompyuter və müxtəlif texniki vasitələrlə davranmaqda daha bacarıqlıdırlar. Ən əsası gənclər sosial fəal təbəqədəndir və daxili, xarici əlaqələrdə daha çevikdirlər. Beləliklə, onlardan müsbət cavab alacağımı bilirəm. Sevinirəm ki, Gəncənin hər 3 universiteti mənim bu çağırışıma müsbət cavab veriblər”.

Petisiyada Xocalı faciəsinin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb edilməsi, hadisənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsinə çağırış yer alıb. Bu petisiya həm faciənin soyqırım kimi tanınması, həm də onu törədən erməni canilərin cinayət məsuliyyətinə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Oleq Kuznetsov imza toplanması üçün tələbləri öz tarixmiz üçün fəal olmağa çağırıb.

Jalə Qurbanova