Bragi startapı Kickstarter saytında Dash adlı məhsul üçün maddi vəsait yığmağa başlayıb. Smartfon üçün nəzərdə tutulmuş “güclü qulaqlıq kompüterlər” naqilsizdir. Yaradıcılar əmin edirlər ki, Dash Pro, Apple AirPods qulaqcıqları kimi keyfiyyətlidir. Dash Pro-da 27 sensor quraşdırılıb ki, onlar da real vaxt rejimində istifadəçinin sağlamlığını və məşqlərini izləyir. Yenilik Starkey firması ilə müştərək hazırlanıb. Bu firma ABŞ və Kanadadan təxminən 5 min audioloq cəlb edib və belədə qarnitur istənilən optimal istifadəçinin eşitmə kanalına uyğunlaşdırılıb. Dash Pro, Bragi OS 3 (BOS 3) sistemi ilə işləyir. Adıçəkilən analoji sistemin yeni funksiyalarından biri də iTranslate servisi vasitəsilə “canlı” tərcümənin olmasıdır. Sözsüz ki, Dash Pro AirPodsdan daha çox funksiyalara malikdir, buna görə o, daha baha olacaq. Dash Pronun başlanğıc modeli 329 dollara, xüsusi Starkey versiyası isə 499 dollara başa gələcək.
Cavanşir Məmmədzadə
- Baxış: 380