• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2415
— 20.05.2017 18:01

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuz rayonunda qəza baş verib.  Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü 40 yaşlı Qabil Qasımov bədən xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Yaralı müayinə olunduqdan sonra evə buraxılıb.Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu