• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 19.05.2017 12:53

58 yaşlı kişi qəfildən dünyasını dəyişib

KepezTV Player

Bu gün səhər saat 10 radələrində paytaxtın Yasamal rayonunda, "Nizami" metro stansiyasının qarşısında 58 yaşlı kişi qəfildən dünyasını dəyişib. Hadisə şahidlərinin verdiyi məlumata görə, evdən çıxıb işə gedən Fəxrəddin İmanovun ürəyi tutub və o, keçinib. Mərhum tikinti şirkətlərinin birində qaynaqçı işləyib. Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsinin və təcili tibbi yardım stansiyasının əməkdaşları əraziyə cəlb olunublar. İlkin müayinələr zamanı məlum edilib ki, İmanov ürək xəstəsi olub. Onun üzərində dərmanlar aşkar olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı