• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 19.05.2017 14:23

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə münasibətilə futzal yarışı keçirilib

KepezTV Player

Yerli Olimpiya Kompleksində baş tutan oyunlarda ali və orta ixtisas məktəblərinin tələbələri güclünü müəyyənləşdirib. Yarışda 4 komanda – Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Regional kollecin təmsilçiləri iştirak edib. Yarışın həlledici görüşündə müəllimlərlə texnoloqlar üz-üzə gəlib. 1:0 hesabı ilə qələbə qazanan Gəncə Dövlət Universiteti turnirin qalibi olub.

Hüseyn Budaqov -YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri: “Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı, şəhər icra hakimiyyəti və Gənclər İdman İdarəsi ilə birlikdə ənənəvi olaraq hər il ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində şəhərimizin təhsil müəssisələri arasında bilik və idman yarışları təşkil edilir. Təbii ki, bunun böyük tərbiyəvi əhəmiyyəti var və tələbələr arasında ulu öndərin irsi təbliğ olunur. Bizim məqsədimiz gənclərimizi Heydər Əliyev ideyaları ətrafında tərbiyə etməkdir. Bu da həmin tərbiyə vasitələrindən biridir”.

 

Orxan Cəfərzadə