• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 19.05.2017 14:43

Səlim Müslümov Şəmkirdə vətəndaşları qəbul edib

KepezTV Player

İmtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təmin edilməsi, müxtəlif sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, əmək qanunvericiliyi, sığorta-pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi, aktiv əmək bazarı proqramlarına cəlb olunma kimi məsələlər bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanlanıb. Səlim Müslümov Şəmkirdə bu rayonla yanaşı Gədəbəy, Tovuz, Ağstafa və Qazax sakinlərini qəbul edərkən bu və digər məsələlər qaldırılıb. Müraciətlərin bir hissəsi sorğu xarakteri daşıdığından onlara qanunvericiliyə uyğun şəkildə ətraflı izahatlar verilib. Digər müraciətlər isə obyektiv şəkildə araşdırılaraq konkret tədbirlərin görülməsi təmin edilib. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vüsalə Camal