KepezTV Player
Bu gün günorta saatlarında Daşkəsən rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib. Külək əsasən kommunal təsərrüfata ziyan vurub. Bir neçə yaşayış binasının və fərdi evin dam örtüyü yararsız hala düşüb. Külək çoxillik ağacları və gecə işıqlandırma dirəklərini də aşırıb. Aşan ağaclardan bəziləri avtomobillərin üzərinə düşərək onları yararsız hala salıb. Hələlik küləyin vurduğu zərərin miqdarı müəyyən edilməyib. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının üzvləri təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Natiq Hüseyn
- Baxış: 668