• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 19.05.2017 12:42

Marketə basqın oldu

KepezTV Player

Lənkəranda marketə basqın olub, hadisə anbaan təhlükəsizlik kamerasına düşüb. Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axund küçəsində, Qəzənfər Məhərrəmova məxsus gündəlik tələbat malları satılan marketdə əvvəllər məhkum olunmuş Nicat adlı şəxs kassir işləyən Sadiq İsmayılova yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla onu təhdid edib və təzyiq göstərib, daha sonra kassada olan 550 manat məbləğində pulu götürərək oradan uzaqlaşıb. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı