• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 19.05.2017 13:18

Maşın yoldan çıxaraq suya aşdı, sürücü öldü

KepezTV Player

İmişlidə 31 yaşlı sürücü qəzada ölüb. Hadisə Aranlı kəndində qeydə alınıb. 31 yaşlı Məzahir Həsənov "VAZ 2106" markalı avtomobildə idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq kanala aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Bakı şəhəri, Qaradağ rayonunda 2 yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktlar araşdırılır.

 

Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində qəza baş verib. Lənkəran sakininin idarə etdiyi qum-çınqılla dolu yük maşını aşıb. Sürücü xəsarət almasa da, maşına ciddi ziyan dəyib. Nəqliyyat vasitəsini yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub. İlkin məlumata görə, hadisəyə yük maşınının qarşısına azyaşlı uşağın çıxması və sürücünün idarəetməni itirməsi səbəb olub.

Zülfiyyə Telmanqızı