• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 19.05.2017 12:36

Bu gün kişi şahmatçıları arasında Dünya Qran Prisinin 2-ci mərhələsinin 7-ci turunun qarşılaşmaları keçiriləcək

Yarışda ikihakimiyyətlilik davam edir. Aktivində 4 xal olan Dinq Liren və Şəhriyar Məmmədyarov liderdilər.

Şəhriyar bu gün ağ fiqurlarla rusiyalı Aleksandr Qrişşukla qarşılaşacaq. Digər lider isə qaralarla ABŞ şahmatçısı Hikaru Nakamura ilə üz-üzə gələcək.

Aktivində 3,5 xal olan Rəcəbov isə Maksim Vaşye-Laqravla qara fiqurlarla oynayacaq. Fransalı şahmatçı da 3,5 xala sahibdi.

Qeyd edək ki, Qran Pri seriyası 4 mərhələdən ibarətdi və yekun nəticələrə görə ən çox bal toplayan 2 şahmatçı iddiaçıların turnirinə vəsiqə əldə edəcək. İlk Qran Pri yarışmasında maksimum nəticə göstərən Şəhriyar Məmmədyarov qaydalara uyğun olaraq 140 bal toplayıb.

 

Orxan Cəfərzadə