• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 19.05.2017 12:44

Yığmamız təlim-məşq toplanışı üçün Avstriyaya gedir

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə qarşıdakı ev oyununa hazırlığın əsas hissəsini Avstriyada keçirəcək.

Bu həftənin ilk günündə Bakıda bir araya gələn millimiz həmin ölkədə 16 gün hazırlıq keçəcək.

Millimiz Avstriyaya sabah yollanacaq və ayın 5-də vətənə dönəcək. İlkin plana əsasən millimizin yoxlama oyunlarının nəzərdə tutulduğu Avstriya toplanışı iyunun 3-dək idi.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya qarşılaşması iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  

 

 

Orxan Cəfərzadə