• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 18.05.2017 13:16

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçiriləcək

U-23 millimiz final uğrunda oyunda Əlcəzair yığması ilə üz-üzə gələcək. Rəqibimiz mübarizə apardığı B qrupunu lider kimi başa vurub. Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandamız isə qrup ikincisi kimi yarımfinala yüksəlib.

Digər yarımfinal oyununda  Kamerun Omanla üz-üzə gələcək.
 

İslam Həmrəylik Oyunları

Yarımfinal

18 may

12:30. Əlcəzair – Azərbaycan

18:30. Kamerun – Oman

Orxan Cəfərzadə