• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 18.05.2017 13:08

Yanğın hadisələri təşviş yaşatdı

KepezTV Player

Bakıda yanğın olub. Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər alovdan mühafizə olunub.

Balakən rayonu Katex kənd inzibati ərazisində yerləşən fermada da yanğın olub. Alov həyətyanı sahəyə yığılmış ot tayasından başlayıb. Hadisə yerinə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
 

Zülfiyyə Telmanqızı