• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 18.05.2017 13:05

Bacıların evlərindən silah tapıldı

KepezTV Player

Cəlilabadda iki bacının evindən silah tapılıb. Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Səməd Vurğun küçəsi ev 75 ünvanında yaşayan Yaqut Hüseynovanın evinə baxış keçirilib. Polis əməkdaşları oradan 5,6 mm kalibrli, baraban tipli tapança aşkar edərək götürüblər. Əməliyyat tədbirinin davamı olaraq Yaqut Hüseynovanın digər küçədə yaşayan bacısı Zümrüd Əliyevanın evində də yoxlama aparılıb. Bu zaman oradan işarəverici siqnal tipli tapançalar tapılıb. Bacılar polisə verdikləri ilkin ifadədə qanunsuz saxladıqları silahların babalarından qaldığını bildiriblər. Hazırda polis söylənilənlərin doğru olub-olmadığını, silahların hər hansı bir cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.

Zülfiyyə Telmanqızı