• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 18.05.2017 13:04

Saxta pul hazırlayıb, satan saxtakarlar saxlanıldılar

KepezTV Player

Saxta pulların hazırlanaraq dövriyyəyə buraxılması hallarının qarşısının alınması və bu qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Paytaxt polisi yalanla pul qazanmaq həvəsində olub, buna cəhd edənlərin arzusunu əməllicə gözündə qoyub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Hər iki nəfərin üzərinə baxış keçirilən zaman onlardan ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əsginaz, o cümlədən 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılanlar ifadələrində saxta əsginazları onlara Vüsal adlı şəxsin satmaq məqsədi ilə verdiyini bildiriblər.

Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginazları hazırlayaraq Əfqan Nağıyev və Sərxan Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da saxlanılıb. Onun yaşadığı mənzildən saxta əsginazlarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, külli miqdarda saxta pul və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvləri saxta pul əsginazlarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.