Abşeron rayonunun Xırdalan şəhərində vətəndaşa məxsus, bir dam altında tikilmiş, ümumi sahəsi 140 m² olan, daş plitələr hazırlanan sexin yanar konstruksiyaları və içərisindəki avadanlıqlar 80 m² sahədə yanıb. Yanğınsöndürənlər əraziyə cəlb ediliblər. Onların səyi nəticəsində sexə bitişik anbar və yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Hadisənini səbəbləri araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 381