Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundaı" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacaqlarının altından və cihazlar panelinin içindən ümumilikdə 8000 ədəd və ön oturacağının altından isə 1800 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 593