• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1211
— 12.05.2017 15:37

“Mançester Yunayted” və “Ayaks” Avroliqanın qalibini müəyyənləşdirəcək

UEFA Avropa Liqasında finalçılar bəlli olub. Stokholmdakı həlledici oyuna vəsiqə uğrunda keçirilən yarımfinal oyunlarından birində “Mançester Yunayted” Old Trafforda “Selta”nı qəbul edib. İlk görüşdə minimal hesabla qalib gələn qırmızı şeytanlar oyuna yaxşı başlayan tərəf olub. 17-ci dəqiqədə Fellaini başıyla qapıya yol taparan sükutu pozub. Ancaq bu hesabı sonədək qoruya bilməyən mançesterlilər 85-ci dəqiqədə qapısından top buraxıb. Viqolulardan Ronkaqliya adını tabloya yazdırıb. Bərabərlik qolundan sonra oyunda iki qırmızı vərəqə qeydə alınıb. Aralarında mübahisə yaranan ev sahiblərindən Erik Bayli və qonaqlardan qolun müəllifi Ronkaqliya meydandan qovulub. Amma bu qarşılaşmaya təsir etməyib və görüş 1:1 hesablı sülhlə bitib. Bununla da iki oyunun cəmində Mançester Yunayted finala çıxıb.

Lion – Ayaks görüşündə isə fransızlar 3:1 qələbə qazanıblar. Halbuki oyunda hesabı qonaqlardan 27-ci dəqiqədə Kasper Dolberq dəyişib. İlk yarının son dəqiqələrində rəqibi iki dəfə mərkəzə dəvət edən Lion fasiləyə üstün yollanıb. Hər iki qola Aleksandre Lakazet imza atıb. 81-ci dəqiqə niderlandlılar 3-cü topu qapılarında görüblər. Raşid Qezzal fərqlənən oyunçu olub. 3 dəqiqə sonra kobud oyuna görə qonaqlardan Nik Virqever ikinci sarı vərəqəni alaraq komandasını meydanda 10 nəfərlə qoyub. Ancaq sonadək qapılara başqa qol vurulmayıb. Lion qalib gəlsə də, ilk görüş 1:4 uduzduğu üçün final arzusu gözündə qalıb.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

11 may

“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) - 1:1

Qollar: Fellaini, 17 - Ronkalya, 85

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:0

“Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 3:1

Qollar: Lakazette, 45, 45+1, GezzaL .81  - Dolberq, 27

Baş hakim: Şimon Marçinyak (Polşa)

Lion. “Stad de Luymer”

İlk oyun – 1:4

Orxan Cəfərzadə