• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 11.05.2017 23:54

Gəncə sakinləri çalışdıqları şirkətə qənim kəsiliblər

KepezTV Player

Cəbhəyanı kəndlərdə əhalinin narahat edən kommunal problemlərin həlli istiqamətində işlər sürətləndirilsə də, bəzi dırnaqarası qəhrəmanlar öz çirkin əməlləri ilə görülən işlərə kölkə salmağa çalışırlar. Belə ki, Goranboy polisi oğurluqla məşğul olan dəstəni müəyyənləşdirib. 5 nəfərdən ibarət qrup üzvlərinin əsas hədəfi naqil oğurlamaq olub.  Onlar ilk cəhddə istədiklərini əldə etsələr də, polisin sayıqlığı dəstənin sonrakı arzusunu ürəyində qoyub.

Goranboy Rayon Polis Şöbəsinə daxil olan şikayət əsasında yerli şirkətlərdən birindən elektrik kabellərini oğurlamaqda şübhəli bilinən dəstə müəyyənləşdirilib. Həmin şəxslər may ayının 1-dən 2-nə keçən gecə rayonun Xoylu kəndi ərazisindən xeyli miqdarda naqil oğurlayaraq satıblar. Təxminən 5 gün sonra eyni əməli təkrar törətmək istəyən dəstənin planı baş tutmayıb. Şirkətin keçmiş əməkdaşları ifşa ediliblər.

Elçin Əzizov Goranboy Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi  “Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, hər iki cinayət hadisəsini Gəncə şəhər sakinləri Mirzəyev Röyal Rövşən oğlu, Həsənov Simran Cəmil oğlu, Məmmədov Samir Mirabbas oğlu, Rzayev Zorxan Vaqif oğlu və Haqverdiyev Şükür Sabir oğlu bir təşkil edərək, törədiblər”.

Həmin şəxslərin axtarışına çıxan polis əməkdaşları elə ilk cəhddə dəstənin qohumluq əlaqəsi olan iki üzvü - 25 yaşlı Röyal Mirzəyev və 29 yaşlı Simran Həsənovu saxlayıblar. Qrupun digər üzvləri - 32 yaşlı Samir Məmmədov, 18 yaşlı Zorxan Rzayev, 27 yaşlı Şükür Haqverdiyevin barəsində isə axtarış elan olunub. Saxlanılan Röyal Məmmədov cinayət əməllərini etiraf edib.

Röyal Məmmədov saxlanılan şəxs  “Gəldik Xoyludan, kabeli götürdük, aparıb satdıq. Adama 350 manat pul düşdü. Əməlimdən çox peşmanam”.

Saxlanılan Simran Həsənov da əməlinə görə peşmançılıq keçirdiyini deyib, ancaq Həsənov cinayət ortağından fərqli olaraq oğurluq etməsinə səbəb kimi şirkətdə aylıq məvacibini ala bilməməsini göstərib.

Simran Həsənov saxlanılan şəxs “Mən Xoyluda işləyirdim. Pulumu vermədilər deyə oğurluq etdim. Əməlimdən çox peşmanam”.

Hazırda saxlanılan hər iki şəxsin barəsində yerli məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn