• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 11.05.2017 11:27

UEFA Çempionlar Liqasında ikinci finalçının adı müəyyənləşib

Yarımfinal mərhələsinin son cavab qarşılaşmasında “Visente Kalderon” stadionunda Madrid klubları “Atletiko” ilə “Real” üz-üzə gəliblər. İlk oyunda Kristiano Ronaldonun het-triki sayəsində 3:0 hesablı qələbə qazanan "kral klubu" üçün cavab görüşü yaxşı başlamayıb. 12-ci dəqiqədə meydan sahibləri erkən qola seviniblər. Küncdən havalandırılan topu başıyla çərçivəyə salan Saul Nigez hesabı açıb. Cəmi 4 dəqiqədə sonra cərimə meydançasında Torresin qarşısını kobudluqla alan Varan penaltiyə səbəb olub. Topun arxasına keçən Antuan Qrizman şansını boşa verməyib və hesab arasındakı fərqi ikiyə yüksəldib. Buraxdığı ikinci qoldan sonra tədricən özünə gələn Real hücumlarının kəsərini artırıb. Fasiləyə 3 dəqiqə qalmış qalaktikos İskoyla qollardan birinin əvəzini çıxıb. Bu qol həm oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub. 2:1 Atletikonun qələbəsi. Məğlubiyyətə baxmayaraq Real iki oyunun nəticəsinə görə finala adlayıb.

 

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

10 may

 

“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 2:1

Qollar: Nigez, 12, Qrizman, 15 (pen.) - İsko, 42

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid. “Visente Kalderon” stadionu

İlk oyun – 0:3

 

 

Orxan Cəfərzadə