• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1938
— 10.05.2017 17:58

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub

KepezTV Player

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusu və yataqxanasının əsaslı təmirdən sonra açılışı olub. 1966-cı ildə istifadəyə verilən bina uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq ilk dəfədir ki, müasir tələblər səviyyəsində yenidən qurulur.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 400 şagird yerlik I tədris korpusunun sinif otaqları, emalatxanaları, kitabxanası və idman zalı günün tələblərinə cavab verəcək səviyyədə yenidən qurulub, lazımi avadanlıqlarla təchiz ediliblər. Mərkəzin 110 yerlik yataqxanasında da şagirdlərin rahatlığı və asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Tədris ocağında hazırda 12 ixtisas üzrə 519 şagird təhsil alır.

Şəbnəm Məmişova- şagird: “Çox sevinirəm ki, məktəbimiz belə təmir olunub.Bu şəraitdə dərs keçmək daha xoşdur. Öz peşəmizi daha dərindən öyrənə biləcəyik”.

Günel Ələsgərova- şagird: “Mən də şadam ki, məktəbimiz belə təmir olunub. Bəli, belə yaxşı şəraitdə, öz peşəmizə də daha yaxşı yiyələnəcəyik”.

May ayının sonunadək Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin tədris binasının da əsaslı təmirdən sonra açılışı nəzərdə tutulub.

Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Peşə ixtisası üzrə fəaliyyət göstərən peşə məktəblərinin hamısının maaddi-texniki bazası güclənəcək, hər biri yeni bina ilə təmin olunacaqlar. Yerdə qalır burada çalışan müəllimlərin, peşə ustalarının öz biliklərini, öz savadlarını bizim gənclərə, bizim övladlarımıza öyrətmələri”.  

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Nazirlər Kabinetinin qərarına əsasən ilk peşə-ixtisas təhsilli müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar olaraq 1 və 2 N-li Peşə Məktəbləri, habelə 3 N-li Peşə Liseyinin bazasında yaradılıb.

 

Gülnar Fazilqızı