KepezTV Player
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Xoylu kəndi ərazisindəki MMC-lərdən birinə məxsus 900 metr kabel oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Məlum olub ki, oğurluğu edənlər Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Simran Həsənov və dayısı oğlu Röyal Mirzəyevdir. Ətraflarında aparılan tədbirlərlə onların mayın 4-də həmin MMC-dən daha 1681 metr kabel oğurlamaları da müəyyən edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 709