Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.05.2017 22:46
47 yaşlı kişi su kanalında boğularaq ölüb
KepezTV Player
Ağstafada 47 yaşlı kişi kanalda boğularaq ölüb. Hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini Üzeyir Musayev su kanalında əl-üzünü yuyarkən suya düşərək boğulub. Hadisə vaxtı yaxınlıqda kimsə olmadığından onu xilas etmək mümkün olmayıb. Mərhumun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 546