• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3111
— 08.05.2017 23:46

Gəncə sakini bıçaqlanıb

KepezTV Player

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. Şəhər sakini 26 yaşlı Nicat Məmmədov yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Dərhal əməliyyat olunan yaralı palataya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Nicat Məmmədovun Məhsəti qəsəbəsində tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Etibar Abbasov - həkim: “Xəstənin qarnında böyük ölçülü kəsilmiş deşilmiş yara var idi. Mədənin və böyük piyliyin yarası aşkarlanıb tikilib, qan axma saxlanılıb. Hazırda xəstənin vəziyyəti keçirilən əməliyyat uyğundu, şöbədə müalicəsi davam etdirilir”.

Elnur Vahidoğlu