• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 08.05.2017 20:46

Gəncə Olimpiya İdman Kompleksində cüdo üzrə açıq şəhər birinciliyi keçirilib

KepezTV Player

Yarış Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub.

Birinciliyin açılış mərasimində cüdonun olimpiya idman növü kimi son illər ölkəmizdə keçdiyi inkişaf yolundan, Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlardan söhbət açılıb. Rəsmi hissədən sonra yarışa start verilib. Birinciliyin xarakterinə uyğun olaraq tatami üzərində Gəncə cüdoçuları ilə yanaşı, Göygöl, Samux və Şəmkir təmsilçiləri də qüvvəsini sınayıb.

Müşfiq Cəfərov- Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Çempionlarımız olur bu idman növündə. Paralimpiyaçımız Ramil Qasımov Braziliyadaqızıl medala layiq görüldü. Bu Da bizim idmançılarımız arasında cüdoya olan marağı durmadan artırır”.

Kadetlər arasında keçirilən yarışda 150 idmançı iştirak edib. Cüdoçular 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Əldə olunan medalların sayına və əyarına görə Gəncə komandası birinci olub.

Azad Rəfi