• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 08.05.2017 15:30

Gəncədə evdar qadınlar da sahibkarlıqla məşğul ola biləcək

KepezTV Player

Bu istiqamətdə Qeyri- Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Sahibkar Qadınlar İB-nın birgə təşəbbüsü ilə seminarlara start verilib. Məqsəd marağı olan gənc xanımları kiçik və orta biznes barədə məlumatlandırmaq, bu sahədə mövcud olan hüquqi baza ilə tanış etmək, eləcə də biznesdə vəsaitin məqsədyönlü xərclənməsinə yönəltməkdir. Qadınların sahibkara çevrilməsi üçün lazımi şəraitin və bazanın mövcudluğu, dövlət tərəfindən bu sahə üzrə kifayət qədər işlək mexanizmlərin hazırlanması Azərbaycanda kiçik və orta biznesdə qadınların iştirakçılığını 30%-ə çatdırıb. “Evdar xanımların sahibkarlığa cəlb olunması” layihəsindən Gəncə şəhəri ilə yanaşı, Samux, Goranboy və Şəmkirin gənc qadınları yaralana biləcəklər.

Zemfira Ağayeva- “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri: “Gənclər ən çox iqtisadi biliyin artırılmasına yönəlməlidirlər. Sahibkar o demək deyil ki, pulu var və o sahibkarlıqla məşğul olmalıdır. Biznesin qurulmasında maliyə bəlkə də 3-cü dərəcəlidir. Potensiallı gənc qadınlar hüquqi və iqtisadi sahədən bilgili olmalıdırlar. Seminarın da məqsədi sahibkarlığa başlayan gəncləri elmləndirməkdir”.

Jalə Qurbanova