• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 08.05.2017 13:39

Biləsuvarda həkimə qarşı quldurluq olub

KepezTV Player

Biləsuvarda naməlum şəxslər həkimin evini qarət ediblər. Hadisə rayonun Tofiq İsmayılov küçəsində Göyçək İbrahimovaya məxsus fərdi yaşayış evində baş verib. Ev sahibinin sözlərinə görə, axşam saatlarında 2 nəfər maskalı şəxs onun bayıra çıxan azyaşlı nəvələrini tutublar. Daha sonra evə daxil olan maskalılar Göyçək İbrahimova ilə əlbəyaxa olaraq qolları və ayaqlarını kəndirlə bağlayıb evdə axtarış aparıblar. Zərərçəkən bildirib ki, naməlum şəxslər evdən 2 min manata yaxın nəğd pul və qızıl zinət əşyalarını götürərək oranı tərk ediblər. Hadisədən səhər saatlarında xəbər tutun qonşular ev sahibi və nəvələrinə yardım ediblər. Məsələ ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir. Göyçək İbrahimova Biləsuvar Mərkəzi rayon xəstəxanısının laboratoriya-analiz şöbəsində çalışır.

Zülfiyyə Telmanqızı