• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 08.05.2017 13:37

25 yaşlı gənc bədbəxt hadisənin qurbanı oldu

KepezTV Player

Qaxın Qum kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. Qum kənd sakini 25 yaşlı Səxavət Mikayılovun meyiti həmkəndliləri tərəfindən kənddən keçən Qum çayının qolundan tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, Səxavət Mikayılov ehtiyatsızlıqdan yıxılıb və başı çaydakı daşa dəyib. Huşsuz vəziyyətdə olan gənc boğularaq ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Zülfiyyə Telmanqızı