• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 06.05.2017 17:15

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir

Dördüncü yarış günündə həmyerlilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.

Qadınların yarışında Nataliya Sinişin və Elis Manolovanın bürünc qazanmaq imkanı olsa da, hər iki güləşçimiz medal uğrunda həlledici görüşdə uduzaraq çempionatı 5-ci yerdə tamamlayıblayıblar.   

70 kq-da sərbəst güləşçilərin mübarizəsində ilk görüşündə İtaliyadan olan rəqibinə uduzan Ruslan Dibirhacıyev rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Əvvəlcə Moldova, daha sonra Rumıniya idmançısını üstələyən Ruslan Avropa çempionatının bürünc medalını qazanıb.  

125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə onun rəqibi Türkiyə idmançısı Taha Akgül olub. Gərgin keçən qarşılaşma Türkiyə idmançısının qələbəsi ilə yekunlaşıb. Cəmaləddin Məhəmmədov Avropa çempionatının gümüş medalına yiyələnib.  

Azad Rəfi