• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 05.05.2017 18:29

Köhnə kolbasa və sosiska təkrar emala göndəriləcəkdi...

KepezTV Player

Paytaxtda isə istifadə müddəti ötmüş istifadəyə yararsız kolbasa və sosiska aşkarlanıb. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində sahibkara məxsus qarajda 100 kiloqrama yaxın ət məmulatlarının təkrar emala yollanması nəzərdə tutulubmuş.

Vaxtı keçmiş, kiflənmiş köhnə kolbasa və sosikalar.. Bakı Şəhər Baytarlıq idarəsinə daxil olan məlumat əsasında, idarə əməkdaşları Binəqədi rayonu Rəsulzadə qəsəbəsinə baxış keçirib və bu ət məmulatlarını aşkarlayıb.

Baytarlıq idarəsinin şöbə müdiri deyir ki, anbardakı ət məmulatları standartlara uyğun şəraitdə saxlanılmır.

Kolbasa və sosiskalardan nümunə götürülb, laborator müayinəyə aparıldı. Qalan məhsullar isə məhv edilməsi üçün qarajdan götürüldü. Vəziyyəti inkar etməyə çalışan fiziki şəxslə idarə əməkdaşları arasında mübahisə də düşdü.

Sahibkar fiziki şəxs olduğundan inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun 200 manatdan 300 manatadək cərimənəcək.